
Bodrumda Türkiyə Prezidenti Abdullah Gülün adından
dövlət başçılarının şərəfinə şam yeməyi verilib.
İyunun 4-də axşam Bodrumda Türkiyə Prezidenti Abdullah Gülün
adından dövlət başçılarının şərəfinə şam yeməyi verilib.
Türkiyə Prezidenti Abdullah Gül Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının IV Zirvə toplantısında iştirak etmək üçün Bodrumda olan
Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını
qarşılayıb.
Prezidentlər birgə foto çəkdiriblər.
Sonra Türkiyə Prezidenti Abdullah Gülün adından dövlət başçılarının
şərəfinə şam yeməyi verilib.
Daha sonra tarixi Bodrum qalasında “Türk düyünü” adlı konsert
təqdim olunub.