Digər
Putin onlara yaşıl işıq yandırdı – 50 "vor zakon" qayıtdı
Soçi olimpiadası ilə bağlı qoyulan qadağa aradan qaldırıldıqdan sonra ölkəni tərk etmiş 50 “vor zakon” Rusiyaya geri qayıdıb.
Belə ki, olimpiada öncəsi xüsusi xidmət orqanları kriminal dünyanın “generalları”na sakitliyi qorumağı və Rusiyanı tərk edib bir müddət başqa ölkələrdə “dincəlməyi” məsləhət bilmişdi. Xəbərdarlıq edilmişdi ki, “məsləhət”i qulaqardına vuran avtoritetlər ən bəsit bəhanə ilə həbsə atılaraq uzunmüddətli cəza alacaqlar. Dövlət üçün köhnə işləri qurdalayıb nəsə yeni epizodlar tapmaq çox asan məsələdir.
Buna görə “qanuni oğru”ların əksəriyyəti yarışlar başlamamışdan Avropa ölkələrinə dağılışdılar. Vətəndə qalan azsaylı avtoritetlər isə fəaliyyətlərini donduraraq xüsusi xidmət orqanlarının nəzərini cəlb etməməyə çalışdılar.
Olimpiada başa çatan kimi oğrulara qoyulmuş qeyri-rəsmi qadağa aradan götürülüb. Avropada olan avtoritetlərin çoxu artıq Rusiyaya qayıdıb.
Avtoritetlərin qayıtması ilə aprel ayından indiyənədək bir neçə oğru “sxodka”sı (toplantı) keçirilib. Bunlardan biri haqda məlumat vermişdik. Həmin “sxodka”da “Timoxa” ləqəbli “qanuni oğru”nun məsələsi müzakirə olunmuşdu. Nəticə olaraq “Timoxa” bu yaxınlarda güllələndi.
Digər bir oğru toplantısını isə “Volçok” ləqəbli Sergey Volkov keçirib. Slavyan oğruların “sxodka”da Yuri Piçuqin (ləqəbi Piçuqa) və Vasiliy Xristoforov ( Vasya Voskres) kimi avtoritetlər iştirak edib. Müzakirələr zamanı toplaşanlar Rusiyanin hazırda ən tanınmış və qocaman mafioz Aleksandr Severovu (ləqəbi Saşka Sever) oğru titulundan məhrum etmək haqda qərar çıxarıblar. Bunu onunla izah ediblər ki, “Sever” oğru qanunlarını pozaraq telekanallara müsahibə verib. Həmçinin jurnalistlərə oğru “obşak”ından (kassa) pul ayırıb.
“Sxodka”da çıxan qərar haqqında digər oğrulara məlumat verilib və deyilib ki, onlar artıq “Saşka Severi” “vor zakon” kimi qəbul etməməlidirlər.
Son vaxtlar regionlarda nüfuzunu böyüdən “Edik Osetrina” də tez-tez “sxodka”lar keçirir. Onun klanına Viktor Pantyuşin (ləqəbi Pan), Elqudja Turkadze (Qudja), Vladimir Ozerski (Zizya), Oleq Muxemetaşin (Muxa) kimi avtoritetlər daxildir. “Osetrina” həmçinin çeçen avtoritet İslam Edelqireyevlə çox yaxın əlaqələr qurub.
Hesab edilir ki, yaxın vaxtlarda bu klan Rusiya kriminalitetində ən güclü təşkilat olacaq.
İlqar Atabəyli
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ