Digər
Əsrin oğruları tutuldular: Hollivud filmi gerçək oldu - VİDEO - FOTO
Hollivud ulduzları Robert de Niro, Co Peski və Rey Liottanın baş rollarda çəkildikləri dünyaca məşhur "GoodFellas" ("Yaxşı oğlanlar") filminin gerçək qəhrəmanları tutulublar.
Canlı əfsanə olan kinorejissor Martin Skorsezenin
çəkdiyi film 1978-ci ildə Almaniyanın "Lufthansa" aviaşirkətinin
Nyu-Yorkdakı Kennedi beynəlxalq hava limanındakı yük terminalının
qarət olunmasından bəhs edirdi.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ tarixində ən böyük qarəti reallaşdırmış cinayətkarlar tutulublar. Nyu-Yorkdakı "Bonanno" mafiya ailəsinin başçısı Vinsent Azaro və bandanın daha 4 üzvünü Birləşmiş Ştatların Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları xüsusi əməliyyat nəticəsində tutublar.
Onlar 1978-ci ildə "Lufthansa" aviaşirkətinin terminalından 5
milyon dolları oğurlamaqda suçlanırlar.
Vinsent Azaro və onun 4 əlaltısı 1968-ci ildən bəri törətdikləri cinayətlərdə suçlanırlar. Həmin cinayətlar arasında qətllər, yanğınlar, quldurluq, reket, adam oğurluğu və s. var.
1978-ci ilin dekabrın 11-də başlarında kapyuşon, üzlərində maskalar
olan və pompalı tüfənglərlə silahlanmış adamlar "Lufthansa"
aviaşirkətinin Con Kennedi hava limanındakı terminalına soxularaq 5
milyon dollar nağd pulu və 1 milyon dollarlıq zinət əşyalarını
oğurlamışdılar. Pullarla zinət əşyaları Almaniyadan gətirilmişdi və
Nyu-Yorkun Manhetten səmtindəki banklardan birinə
aparılmalıydı.
Oğurlanmış pullar və zinət əşyaları tapılmamışdı.
Tutulanlar 78 yaşlı Vinset Azaro, onun 55 yaşlı kiçik qardaşı Cerom Azaro, 70 yaşlı Tomas "Tommi" Di Fiore, 52 yaşlı Con Bazu Raqano və Cek Bonventredir.
FTB hesab edir ki, əsrin oğurluğu "Lukkeze" mafiya ailəsinin üzvü,
mərhumCeyms Berk tərəfindən hazırlanmışdı.
"GoodFellas" filmində Ceyms Berk obrazını Robert De Niro canlandırıb.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək