Əfqanıstanda sel fəlakəti - 100-dən çox insan öldü
Bizi izləyin

Digər

Əfqanıstanda sel fəlakəti - 100-dən çox insan öldü

Əfqanıstanın şimalındakı Bağlan vilayətinin inzibati bölgəsi olan Qozargahda şiddətli yağışlar nəticəsində meydana gələn sel fəlakəti 100-ə yaxın insanın həyatına son qoyub.

Əfqanıstanın şimalındakı Bağlan vilayətinin Qozargah kəndində şiddətli yağışlar nəticəsində meydana gələn sel fəlakəti 100-ə yaxın insanın həyatına son qoyub. Ölənlərin çoxu qadın və uşaqlardır.

Publika.az xəbər verir ki, yerli rəsmilər bölgədə minlərlə evin su altında qaldığını açıqlayıblar. Bu baxımdan ölü sayının kəskin artacağı ehtimal edilir.

Sel suları kəndə gedən bütün yolları yuduğu üçün axtarış-xilasetmə qrupları əraziyə çata bilmirlər.

Qeyd edək ki, Əfqanıstanda may ayında şiddətli yağışlar nəticəsində meydana gələn torpaq sürüşmələrində 2 mindən çox insan həyatını itirmişdi.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm