Digər
Səudiyyə Ərəbistanı nümayəndələri Qəbələdə səfərdə - FOTO
Ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti tanışlıq məqsədilə iyunun 7-də Qəbələ rayonunda olublar.
Qonaqları Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəttah Heydərov müşayiət edib.
Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikasının
parlamentlərarası dostluq qrupunun sədri Abdulla bin Məhəmməd
əl-Nasirin başçılıq etdiyi nümayəndə heyətinə Qəbələ ilə tanışlıq
zamanı rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və
əldə edilən uğurlar barədə ətraflı məlumat verilmişdir. Qeyd
olunmuşdur ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi
inkişafın bariz nümunəsini Qəbələnin timsalında aydın görmək olar.
Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm
infrastrukturları Qəbələnin iqtisadi inkişaf dinamikasında mühüm
rol oynayır. Beynəlxalq tədbirlərin Qəbələdə keçirilməsi bu diyarın
təbii gözəlliyi və turizm üçün çox əhəmiyyətli olduğunu bir daha
təsdiq edir. Diqqətə çatdırılmışdır ki, dövlətimizin başçısı İlham
Əliyev tərəfindən yüksək qiymətləndirilən bu keyfiyyətlər Qəbələdə
müasir turizm infrastrukturunun yaradılmasına və bölgənin
beynəlxalq turizm məkanına çevrilməsinə yol açmışdır. Nümayəndə
heyətinin üzvləri səfər çərçivəsində rayonun infrastrukturu və
aparılan yenidənqurma işləri ilə də yaxından tanış olmuşlar.
Sonra qonaqlar şəhərdə müasir üslubda inşa edilmiş Heydər Əliyev
Konqres Mərkəzinə gəliblər. Müasir memarlıq üslubunda tikilən bu
nadir saraya maraq göstərən qonaqlara hər birinin hündürlüyü 6,9
metr olan 3 mərtəbəli binanın bütün texniki imkanları
göstərilib.
Sonra qonaqlar rayon tarix-diyarşünaslıq muzeyinə gəlmiş, 900 il Qafqaz Albaniyasının paytaxtı olan Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası ilə ətraflı tanış olmuşlar. Nümayəndə heyətinin üzvləri Qəbələ şəhər məscidini də ziyarət etmişlər. Bildirilmişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən məscid binasının sahəsi 715 kvadratmetr, minarənin hündürlüyü isə 25 metrdir. İnşaat işləri zamanı yerli tikinti materiallarından geniş istifadə olunmuşdur. Məscidin həyətində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin milli mənəvi və dini dəyərlərimizə qayğısını əks etdirən fotoguşə yaradılmışdır. Qeyd edilmişdir ki, burada eyni vaxtda 450 kişi, 150 qadın olmaqla, ümumilikdə 600 nəfər mömin ibadət edə bilir. Məscidin müqəddəs Qurani-Kərimdən surələr yazılmış divarları və sütunları Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilmişdir. Dini ocağın həyətində kiçik memarlıq üslubunda iki fəvvarə də inşa edilmişdir. Məscidin həyətində, həmçinin axund, dərs, kitabxana, mərasim, qadın və kişilər üçün dəstəmaz otaqları və köməkçi tikililər inşa olunmuşdur. Binanın həyəti yaşıllaşdırılmış, dekorativ ağaclar əkilmiş, müasir işıqlandırma sistemləri quraşdırılıb.
Sonda qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olmuşlar. Bildirilmişdir ki, Mərkəzdə 1 brifinq zalı, 6 inzibati otaq və yardımçı otaqlar mövcuddur. Mərkəzin ekspozisiya zalı 14 bölməyə ayrılmışdır. Həmin bölmələrdə ulu öndər Heydər Əliyevin həyatının müxtəlif anlarını əks etdirən 340-dan artıq eksponat toplanıb.
Mərkəzdə bacarıqlı əllər dərnəyi, kompyuter kursları, musiqi dərnəyi, rəsm studiyası və elektron kitabxana fəaliyyət göstərir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!