Digər
Ekspert: “Vaşinqton və Moskva yekun razılığa gəlib Ukraynanı “bölüşdürəcək”
“Qərb diplomatları Ukraynanın unitar dövlət kimi qalmasını dəstəklədikcə, hadisələr daha qanlı məcraya yönələcək”
Publika az. “RİANovosti”yə istinadən xəbər verir ki, bu sözlərin müəllifi Moskva Dövlət Universitetinin ukraynaşünaslıq mərkəzinin direktoru Boqdan Bezpalkodur.
Mərkəzin digər əməkdaşı Yuri Requlev isə bildirib ki, yalnız güclü lider Ukraynanı indiki sərhədləri daxilində saxlaya bilər. Ukraynada isə güclü lider yoxdur. Yeni seçilmiş Proşenkonu isə ekspert hakimiyyətə müvəqqəti gəlmiş siyasətçi hesab edir.
Antiterror əməliyyatlarının da sonadək davam edəcəyi sual altındadır. Məsələ ondadır ki, Ukrayna bu əməlliyyatlara görə hər gün 3 milyon dollar xərcləyir. İlk başda on gün çəkəcəyi bildirilən əməliyyatlarda iştirak üçün cəlb olunmuş vətəndaşlar artıq 2 aydan çoxdur ki, ön cəbhədədirlər. Bu səbəbdən çoxları iş yerlərini itirib.
Bezpalko hesab edir ki, Rusiya heç vaxt Ukraynadakı maraqlarından əl çəkməyəcək: “Amerika Ukraynanın şərq bölgəsinə görə Rusiya ilə aralarında olan ümumi maraqlarını zərbə altında qoymayacaq. Sonda bu, onunla yekunlaşacaq ki, Vaşinqton və Moskva Ukraynanı “bölüşdürəcək”. Yəni müəyyən razılığa gələcəklər. Hər şey sakitcə yekunlaşacaq”.
İlqar Atabəyli
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...