Ayselə “Vertu” telefonunu kim bağışladı?
Bizi izləyin

Digər

Ayselə “Vertu” telefonunu kim bağışladı?

Ayselə “Vertu” telefonunu kim bağışladı?

Bu gün müğənni Aysel Əlizadə üçün əlamətdar gündür. Onun 24 yaşı tamam olur. Ötən gecə saat 12-ni keçəndə Aysel artıq ilk hədiyyəsini alıb. Adını çəkmək istəmədiyi dostlardan biri ona bahalı marka mobil telefon“Vertu” hədiyyə edib. Hədiyyənin gözlənilməz olduğunu Tabloid.az-a bildirən Aysel sürprizlərin davam edəcəyini söylədi. O, bu axşamı dostları ilə birlikdə olacaq.

Həyatında özəl birinin olmasına gəlincə, Aysel bu barədə danışmağa sözünün olmadığını, hələlik sənətində yeniliklər etməli olduğunu bildirdi.

Xatırladaq ki, Aysel Əlizadəni tamaşaçılar “Yeni ulduz” yarışmasından tanıyıb. Azərbaycan Milli Konservatoriyasının məzunu olan Aysel Əlizadə son illər bir çox hit mahnıları, klipləri ilə gündəmə gəlib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm