İraqı işğal edən İŞİD-in elan etdiyi şəriət qanunları - SİYAHI
Bizi izləyin

Digər

İraqı işğal edən İŞİD-in elan etdiyi şəriət qanunları - SİYAHI

Qarış-qarış İraqı işğal edən "İraq Şam İslam Dövləti" (IŞİD) qruplaşması müvəqqəti şəriət qanunlarını elan edib.

Qarış-qarış İraqı işğal edən "İraq Şam İslam Dövləti" (İŞİD) qruplaşması müvəqqəti şəriət qanunlarını elan edib.

Publika.az xəbər verir ki, təşkilatın mətbuat xidmətinin yaydığı məlumatda bu qanunlar aşağıdakı kimidir:

- Qadınlar zəruri olmadıqca evlərindən ayrıla bilməyəcək. Evdən çıxanlar isə, İslami qaydalara görə geyinmək məcburiyyətindədir.

- Oğrular şəriət qaydalarına görə cəzalandırılacaq. Bu qayda xüsusilə cəmiyyətə, dövlətə aid pul və malları mənimsəyənlər üçün tətbiq ediləcək.

- Döyüşdən əldə edilən qənimətin istifadə edilmə forması və paylanması yalnız müsəlmanların imamı olan Əbu Bəkir Bağdadi tərəfindən müəyyən ediləcək.

- Müsəlmanlar namaz saatlarında məscidlərdə namaz qılacaqlar.

- Mosul və ətrafındakı tayfa liderləri düşmən və xainlərlə əməkdaşlıq içərisində olmayacaqlar.

- İndiyə qədər dinsiz təşkilatlara xidmət etmiş polis, əsgər və digər dövlət işçiləri tövbə edəcək, deyilsə, edam ediləcəklər.

- Spirt, siqaret və narkotik istifadə edilməyəcək

- İŞİD xaricindəki bütün yığıncaq və tədbirlər qadağan edilir.

- İŞİD üzvləri xaricində kimsə silah gəzdirməyəcək.

- Şəhərlərdə ölülər üçün inşa edilən bütün türbələr, abidələr yıxılacaq.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm