Digər
İŞİD Bağdada çatdı: Dünya şokda - İRAQDAN SON XƏBƏRLƏR
İraq alov-alov yanır. Getdikcə paytax Bağdada yaxınlaşan “İraq” Şam İslam Dövləti” (İŞİD) döyüşçüləri ayaq basdıqları hər yeri sözün əsil mənasında xarabalığa çevirirlər.
Publika.az xəbər verir ki, bölgədən daha bir qorxulu xəbər gəlib. Ölkəninin şiə lideri Ayətullah Əli Sistani şiələrə İŞİD-ə qarşı cihad fətvası verib. Sistaninin fətvasında deyilir:
"Əhli-beyt düşmənləri yenə səhnədədirlər. Elə bir zamandayıq ki, Bədir və Xeybər nifrəti bir dəfə daha dirilib. Kafirlər müqəddəs bölgələrimiz olan Nəcəf və Kərbəlaya hücum etmək istəyirlər. Bütün şiələri bu kafirlərə qarşı cihada səsləyirəm. Bu döyüşdə ölənlər şəhiddir. İraq ordusu da cəsur olmalıdır. İraqlı siyasətçilər silahlı qüvvələrə dəstək versin və güclərini birləşdirsinlər. İslamın zəfəri üçün birlik olun”.
İŞİD Bağdada 50 kilometr uzaqdadır
Paytaxt Bağdada doğru irəliləyişini davam etdirən İŞİD ilə İraq ordusu arasında qarşıdurmalar Diyala əyalətinin Baxibə şəhərində davam edir. Qarşıdurmalar şəhərin 35 kilometr şimal-şərqindəki Mikdadiyə bölgəsində daha da şiddətlənib.ə
Diyala əyalətinin inzibati paytaxtı Baxibə, İraqın paytaxtı Bağdadın şimal-şərqindən 50 kilometr uzaqlıqdadır. Böyük əksəriyyəti sünni olan təxminən 500 min adamın yaşadığı şəhərdə şiələr və kürdlər də var. Baxibə, İran sərhədinə isə 93 kilometr uzaqlıqdadır.
“Al Jazeera” televizyası İŞİD döyüşçülərinin Baxibənin cənub-şərqində olan altı kəndi ələ keçirdiyi və Bağdad istiqamətinə irəlilədiyini bildirib.
“Reuters” isə İraq təhlükəsizlik güclərindən aldığı məlumata əsasən xəbər yayıb ki, Diyala əyalətinə bağlı Səidiyyə və Celula bölgələri də İŞİD-in əlinə keçib. Cəlula ətrafında olan peşmərgələr ilə İŞİD döyüşçüləri arasında hər hansı bir qarşıdurma yaşanmayıb. Cəlula və Səidiyyə sakinləri İran sərhədinə doğru qaçıb.
Oral Mədənçi
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır