Digər
Tıxac şəhərin girişini bağladı – Foto
Biləcəridən başlanan tıxac “20 Yanvar” metrosuna qədər davam edir.
Axar.az xəbər verir ki, hər gün olduğu kimi bu gün də şəhərə gələn bəzi yollarda tıxaclar yaranıb.
“Yeni Avtovağzal” kimi tanınan “Bakı Beynəlxalq Avtovağzalı” dairəsində və şəhərə doğru istiqamətdə tıxac var. Sərnişinlər bunu avtobusların dayanacaqlardan kənarda saxlaması ilə əlaqələndirsə də, avtobus sürücüləri problemi taksilərin yol kənarlarında və avtobuslara məxsus dayanacaqlarda dayanması ilə əlaqələndirirlər.
Sürücülər tıxacın “Nizami” Metrosu və digər tərəfdən “Ayna Sultanova” heykəlinə qədər davam etdiyini bildirdilər. Səbəb kimi isə bəzi yolların bağlı olması və “Papanin” istiqamətində körpü tikintisi göstərilir.
Bir çox hallarda olduğu kimi bu gün də nə nəqliyyat müfəttişləri, nə də yol polisi əməkdaşları tıxacın aradan qaldırılması üçün hadisə yerinə gəlmişdilər.
Xatırladaq ki, az qala hər gün bu barədə yazmağımıza, hadisə yerindən fotolar yaymağımıza baxmayaraq hələ də problemin həlli yolunda hansısa işlərin görülməsi gözə çarpmır.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ