Bu yay səyahət ediləsi yerlər
Bizi izləyin

Digər

Bu yay səyahət ediləsi yerlər

Əgər bu yay qiymətindən asılı olmayaraq gözəl yerlərə getməyi və dincəlməyi planlayırsınızsa, o zaman bu xəbər məhz elə sizin üçündür. Çox insanlar tətilə çıxarkən qiyməti nəzə alır, amma ömrümüzdə bir dəfə qiyməti boş verərək sözün əsl mənasında dincəlmə

Əgər bu yay qiymətindən asılı olmayaraq gözəl yerlərə getməyi və dincəlməyi planlayırsınızsa, o zaman bu xəbər məhz elə sizin üçündür. Çox insanlar tətilə çıxarkən qiyməti nəzə alır, amma ömrümüzdə bir dəfə qiyməti boş verərək sözün əsl mənasında dincəlməyə layiqik. Sizi dünyanın 7 ən gözəl lüks tətil yeri ilə tanış etmək istəyirəm.

Monako

Monako məşhur film festivalları və luks yaşam tərzi ilə məşhurdur. Deyirlər ki, Monakoda yaşamaq istəyənlər əsilzadəsayağı bir həyat tərzi sürmək istəyirlər. Monakoda bu tərzdə həyat sürmək həqiqətən də mümkündür. Luks villalar, maşınlar, görkəmli alış-veriş mərkəzləri, restoranlar və daha çox şey! Mehmanxanaları bahalı olsa da, xidmət və komfort super dərəcədədir.

Fransız Polineziyası

İnsanlar bu əraziyə “Cənnətdən bir parça” deyirlər. Oraya adətən rahatlanmaq üçün gedilsə də, su idmanları üçün əlverişli bir yerdir.

Dubay

Dubay hər kəsin ömründə ən az bir dəfə görmək istədiyi yerlərdən biridir. Orada saysız-hesabsız göydələnlər, mehmanxanalar, dünyanın ən bahalı və ən böyük alış-veriş mərkəzləri, keyfiyyətli yemək məkanları və tilsimləyici mənzərə var. Bu şəhər luks həyata dəyər verən turistlər və varlı iş adamları tərəfindən sayılıb-seçilən şəhərdir.

Maldiv adası

Maldiv adası məşhur bal ayı məkanı olaraq tanınır. Ora saysız-hesabsız adaların birləşməsindən əmələ gəlib. Burada yaşayan insanların maliyyə vəziyyəti olduqca yaxşıdır və bu qazancı da xüsusilə turizmdən, balıqçılıqdan əldə edirlər. Orada tətil edəcək qədər pulunuz olmasa, işləmək üçün oraya gedə bilərsiniz.

Sinqapur

Bir neçə il əvvəl Sinqapur çox xərc çəkmədən gözəl istirahət ediləcək bir yer idi, amma artıq ora luks yerlərə çevrilib. Burada da yüksək səviyyəli mehmanxanalar, restoranlar və bir-birindən gözəl alış-veriş mərkəzləriylə qarşılaşacaqsınız. Orada adi bir mehmanxanada bir gecə 200 dollar dəyərindədir.

Yaponiya

Ola bilsin ki, Yaponiyanı bu siyahıda görmək sizi çaşdıracaq. Amma Yaponiya həqiqətən də 2014-cü ilin luks tətil ediləcək yerlər siyahısında özünə xüsusi bir yer alıb. Əmin olun ki, orada istirahət etməkdən qəti peşman olmayacaqsınız. Orada orta sinif bir mehmanxanada qalsanız belə, bir gecə üçün otaqların sayı 2 nəfərlik olaraq 250 dollar dəyərindədir. Yaponiyada ediləcək o qədər maraqlı şeylər vardır ki, oraya getsəniz qətiyyən darıxmayacaq və vaxtınızı çox gözəl keçirəcəksiniz. Dili bilməsəniz belə, əl-qol hərəkətləri ilə dərdinizi hər kəsə anlada bilərsiniz. Yetər ki, bunu özünüzə kompleks etməyin.

Fici adaları

Bura adətən Avstraliya, Yeni Zellandiya və ABŞ-dan gələn turistlərin məkanıdır. Ora turistlərlə dolub-daşsa da sakit bir məkan tapıb dincələ bilərsiniz. Gözqamaşdıran bir mənzərəsi var. Yamyaşıl dağ ətəkləri, bəyaz qumlu sahili və tərtəmiz suyu insanı sadəcə valeh edir. Məncə, ömrümüzdə bir dəfə də olsa, bunları yaşamağa dəyər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm