Ermənistan müdafiə naziri müharibə təhlükəsindən danışdı
Bizi izləyin

Digər

Ermənistan müdafiə naziri müharibə təhlükəsindən danışdı

Ermənistan müdafiə naziri nizamsız atəşlərə deyil, yalnız snayper atəşlərinə cavab verdiyini deyib.

“Dağlıq Qarabağ münaqişəsi hərbi yolla artıq həll edilmişdir. Biz müharibədə özümüzü qorumağı bacardıq”. Publika.Az –ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan müdafiə naziri Seyran Ohanyan keçirdiyi mətbuat konfransında bildirib.

Hazırda hərbi əməliyyatların yenilənmə ehtimalını kifayət qədər aşağı qiymətləndirdiklərini qeyd edən erməni nazir bununla belə müharibə təhlükəsinin həmişə olduğunu vurğulayıb. Ermənistan müdafiə naziri nizamsız atəşlərə deyil, yalnız snayper atəşlərinə cavab verdiyini deyib.

“Beynəlxalq strukturlar vəziyyətə uyğun hərəkət etməlidirlər", - deyə S.Ohanyan iddia edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm