
Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki məsciddə
Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin
əməkdaşları tərəfindən vəhhabilərə qarşı keçirilmiş əməliyyatla
bağlı maraqlı təfərrüatlar məlum olub.
Əməliyyatda iştirak etmiş rəsmi şəxslərdən birinin “Qafqazinfo”ya verdiyi məlumata görə, məsciddən böyük məbləğdə pul vəsaiti çıxıb. Həmçinin əməliyyat zamanı həmin pulları verən şəxslərin adlarının yazıldığı dəftərçə də aşkarlanıb.
Bundan başqa, pul və dəftərçə kimi çoxlu sayda qadağan olunmuş ədəbiyyat da müsadirə edilib.
Əməliyyatda iştirak etmiş şəxs onu da deyib ki, bu gün mətbuatın yazdığı kimi 20 yox, 19 nəfər vəhhabi saxlanılıb.