Rusiya Ukraynaya əlavə hərbi texnika göndərməyə hazırlaşır
Bizi izləyin

Digər

Rusiya Ukraynaya əlavə hərbi texnika göndərməyə hazırlaşır

Rusiya Ukrayna ilə sərhəddə hərbi gücünü artırır və Ukrayna ərazisinə göndərməsi üçün əlavə tankları hazırlayır.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Cena Psaki bildirib.

“Biz əminik ki, Rusiyanın qərb sərhədlərindən Şərqi Ukrayna ərazisinə qoşunların yerdəyişməsi baş verir. Bizim informasiyamıza görə, Ukraynaya göndərilməsi üçün əlavə tanklar hazırlanır. Həmçinin bilirik ki, Rusiya sərhəddəki qoşunlara əlavə artilleriya qüvvələri cəlb edib. Hesab edirik ki, Rusiya bu silahları tezliklə separatçılara çatdıracaq”,- Psaki deyib.

Dövlət Departamentinin mətbuat katibi bildirib ki, ABŞ Ukrayna böhranının həlli üçün Rusiyanın səylərini müşahidə etmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm