Kəmaləddin Heydərov Mark Herevardla görüşdü
Bizi izləyin

Digər

Kəmaləddin Heydərov Mark Herevardla görüşdü

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşüb.

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşüb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazir Kəmaləddin Heydərov UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri kimi ölkəmizdə missiyası başa çatan qonağa gələcək fəaliyyətində uğurlar arzulayıb, bu təşkilatla Fövqəladə Hallar Nazirliyi arasında həyata keçirilən birgə layihələrdən bəhs edib. Qeyd edib ki, İki gün əvvəl “Təhsil  sahəsində  tərəfdaşlar” adlı layihə çərçivəsində Fövqəladə  Hallar Nazirliyi, Təhsil  Nazirliyi və UNİCEF arasında  Fəaliyyət  Planının imzalanması da göstərir ki, bu əməkdaşlığın geniş perspektivləri mövcuddur.

Mark Herevard UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib, ölkəmizdən xoş təəssüratla ayrıldığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm