Azərbaycanlılar Türkiyədə məzun oldu - FOTOLAR
Bizi izləyin

Digər

Azərbaycanlılar Türkiyədə məzun oldu - FOTOLAR

Türkiyənin Əskişəhər şəhərində yerləşən Anadolu Dövlət Universiteti tərəfindən məzun gününə həsr olunmuş təntənəli mərasim keçirilib.

Publika.az-ın Türkiyədə olan əməkdaşının verdiyi məlumata görə, Əskişəhərin mərkəzi stadionunda, təxminən 30 min nəfərin qatıldığı mərasimdə ölkəmizi Anadolu Dövlət Universitetinin “Azərbaycan Proqramları”nın rəhbəri Azər Hətəmov və respublikamızda həyata keçirilən bu proqram üzrə məzunların bir qrupu təmsil ediblər.

Tədbir iştirakçılarını təbrik edən Anadolu Dövlət Universitetinin rektoru, professor Naci Gündoğan rəhbərlik etdiyi təhsil ocağının uğurlarından və nəzərdə tutulan yeni layihələrdən söz açıb, məzunlara müvəffəqiyyətlər arzulayıb.

O bildirib ki, hazırda Anadolu Dövlət Universitetinin milyonlarla məzunu dünyanın, o cümlədən Türkiyənin aparıcı dövlət və özəl sektorlarında məsul vəzifələrdə çalışır.

Sonra mərasim rəngarəng, maraqlı konsert proqramı və möhtəşəm atəşfəşanlıqla davam etdirilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm