(R) Azercell yenidən beynəlxalq uyğunluq sertifikatına layiq görüldü
Bizi izləyin

Digər

(R) Azercell yenidən beynəlxalq uyğunluq sertifikatına layiq görüldü

İSO 10002:2004 standartına uyğunluq sertifikatı şirkətə keyfiyyətin idarəolunması müştəri məmnuniyyətinə görə təqdim olunub

Azercell Telekom MMC-nin keyfiyyətli fəaliyyəti, xidmətin yüksək səviyyədə təşkili növbəti dəfə beynəlxalq səviyyədə öz təsdiqini tapıb - Azərbaycanın aparıcı mobil operatoru keyfiyyətin idarəolunması standartı üzrə İSO 10002:2004 sertifikatını alıb. İSO 10002:2004 standartı keyfiyyətin idarəolunması, müştəri məmnuniyyəti, təşkilatlarda şikayətlərlə iş üzrə şirkətin fəaliyyətinə görə təqdim olunur. Bu beynəlxalq standart bütün növ kommersiya və ya qeyri-kommersiya fəaliyyətləri, o cümlədən elektron kommersiya fəaliyyətləri üçün şikayətlərin effektiv və səmərəli şəkildə idarə olunmasının planlaşdırılması və həyata keçirilməsi üzrə göstərişləri müəyyən edir.

Azercell Telekom MMC-nin məhz müştərilərlə iş sahəsində fəaliyyətinin qiymətləndirilməsi təsadüf deyil. Azercell müştəri şikayətlərini bir təkmilləşdirmə fürsəti olaraq görür, şikayətlərin idarəedilməsi zamanı məxfilik, düzgünlük, tərəfsizlik, onların mümkün qədər tez həll edilməsi prinsiplərinə üstünlük verir. Həmçinin, şikayətləri səmərəli həll etmək ilə yanaşı müştəri məmnuniyyətinin artırılmasını hədəfləyir. Bu sertifikat keyfiyyətli idarəetmə sisteminin Azercell-in öz fəaliyyətində tətbiqi, abunəçilərlə aparılan işin yüksək səviyyədə təşkilinin göstəricisidir. ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib. Azercell Telekom MMC 2011-ci ilin martında sertifikatlaşdırma auditindən uğurla keçərək ISO 10002:2004 Standartına uyğunluq sertifikatını qazanmışdı. Bu il martın 14-də isə Azercell təkrar sertifikasiya üçün auditdən uğurla keçərək uyğunluq sertifikatını yeniləyib.

Büro Veritas Azeri MMC tərəfindən aparılan auditin nəticəsi kimi əldə edilən sertifikat 25 aprel 2014-cü il tarixindən 24 aprel 2017-ci il tarixinədək qüvvədədir. Sertifikat Azercell Telekom MMC-nin öz işini yüksək standartlar çərçivəsində quran və inkişaf etdirən şirkət olduğunu bir daha sübut edir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir.

Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm