Bu gün baş redaktorun həbsi gözlənilir
Bizi izləyin

Digər

Bu gün baş redaktorun həbsi gözlənilir

“Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlik diffomasiyaya görə jurnalist həbsinə imkan vermir. Təəssüf ki, Nərimanov Məhkəməsi iddiaçının böhtana görə xüsusi ittiham qaydasında verdiyi şikayəti icraata götürüb”.

Bu sözləri Axar.az-a vəkil Elçin Sadıqov “Aznews.az” xəbər portalının Baş redaktoru Elçin Zahiroğlu və portalın əməkdaşı İntiqam Valehoğluna qarşı CM-nin 147 və 148-ci maddələri ilə qaldırılmış məhkəmə prosesinə münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, məhkəmə prosesi bu gün start götürəcək:

“Bu gün saat 11-də Nərimanov Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə məhkəmə prosesi başlayacaq. Artıq şikayət icraata qəbul olunub. Biz də işə bu gün qoşulmuşuq və vəsadət qaldıracağıq ki, hazırlaşmaq üçün məhkəmə bizə vaxt versin”.

Vəkil bildirdi ki, jurnalistlərə qarşı qaldırılmış maddə Azərbaycanın Avropa Məhkəməsi qarşısında götürdüyü öhdəliklərə ziddir:

“Azərbaycan Avropa Məhkəməsinin qarşısında diffomasiya ilə bağlı öhdəlik götürüb. Burada göstərilir ki, bu maddə ilə bağlı jurnalistlərə qarşı cinayət işi qaldırılmamalıdır. Ancaq çox təəssüf olsun ki, yenə də bu maddə ilə bağlı məhkəmə prosesləri gedir. Bu gün də biz bunun şahidiyik”.

Jurnalistlərə qarşı CM 147 və 148-ci (böhtan) maddəsi ilə iddia qaldırılmaması üçün monitorinq aparılır və demək olar ki, bu maddə ilə verilən iddialar qəbul edilmir. Təəssüf ki, Nərimanov Məhkəməsi iddianı qəbul edib və işə mülki qaydada yox, xüsusi ittiham qaydasında baxmağa qərar verib”.

Xatırladaq ki, müğənni M.İsgəndərli Nərimanov Məhkəməsinə xüsusi ittham qaydasında müraciət edərək, barəsində yazılan “narkoman” ifadəsinə görə sözügedən jurnalistin Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə həbsini tələb edir.

Prezident İlham Əliyev Azərbaycanın AŞPA sədrliyinə başlaması münasibəti ilə iyunun 24-də Avroparlamentdəki çıxışında diffomasiyaya görə ölkəmizdə heç bir jurnalistin həbsdə olmadığını xüsusi vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm