Oğlan ata və bacısını qanına qəltan etdi
Bizi izləyin

Digər

Oğlan ata və bacısını qanına qəltan etdi

Cəlilabad rayonunda oğlan atasını və bacısını bıçaqlayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Adıçəkilən kənd sakini 1995-ci il təvəllülü Əjdər Rasim oğlu Nəhmədov ailə münaqişəsi zəminində atası 1966-cı il təvəllüdlü Rasim Nəhmədov və bacısı 1999-cu il təvəllüdlü Təhminə Nəhmədovanın bədəninə çoxsaylı bıçaq zərbələri ilə xəsarətləri yetirib. Yaralı ata və qızı yaxınları tərəfindən Cəlilabad mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Hazırda yaralı ata və qızının durumu normaldır. Zərəçəkənlərin sözlərinə görə, onları bıçaqlayan Əjdər ailədə tez-tez münaqişə yaradıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm