"Selfi" aludəçiliyi psixi pozğunluqdur
Bizi izləyin

Digər

"Selfi" aludəçiliyi psixi pozğunluqdur

ABŞ psixiatrik assosiasiyasının alimləri "selfi"yə meyl etməni rəsmən psixi pozğunluq kimi tanıyıb.

Publika.az-ın məlumatına görə, Çikaqoda keçirilən tədbirdə assosiasiya "selfi" adlı yeni xəstəliyin təsnifatını təqdim edib. Psixiatrlarının fikrincə "selfi" daim özünün şəklini çəkmək və sosial şəbəkələrə şəkilləri çıxartmaq arzusuyla səciyyələnən nasazlıqdır.

Alimlər nasazlığın üç səviyyəsi təyin edib:

Birinci — epizodik: insan özünün gündə ən azı üç dəfə şəklini çəkir, amma bu halda sosial şəbəkələrə çıxartmır.

İkinci — kəskin: insan özünün gündə ən azı üç dəfə şəklini çəkir və sosial şəbəkələrdə "selfi"ni yerləşdirir.

Üçüncü — xroniki: insan gecə-gündüz qarşısı alınmaz dərəcədə özünün şəklini çəkir və gündə ən azı altı dəfə internetində şəkilləri yerləşdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm