İrana iyulun 20-ə kimi vaxt verdi
Bizi izləyin

Digər

İrana iyulun 20-ə kimi vaxt verdi

Publika.az-ın məlumatına görə, Avstriyada İran və beynəlxalq qüvvələr arasında nüvə proqramı ilə bağlı danışıqların növbəti mərhələsi başlayıb. Artıq danışıqlar demək olar ki, həlledici məqama daxil olub.

Birləşmiş Ştatlar, Böyük Britaniya, Çin, Rusiya, Fransa və Almaniyadan ibarət altılıq ölkləri ilə İran arasında bir neçə ay əvvəl əldə olunan razılaşma əsasında rəsmi Tehran iyulun 20-dək uranın zənginləşdirilməsi prosesini mövcud 20 faizdən 3 faizədək salmalıdır. Yalnız bunun müqabilində o, sanksiyalardan yaxa qurtara bilər. İran prezidenti Həsən Ruhani xalqını əmin edib ki, sanksiyalar bir daha bərpa olunmayacaq.

İran prezidenti Həsən Ruhani bununla bağlı vurğulayıb ki, biz nə etdiyimizi bilirik: "Bizim nümayəndə heyətimiz yüksək səviyyəli mütəxəssislərdən ibarət komandadır. Biz xalqı əmin etmək istəyirik ki, “sanksiyalar boğçası” artıq qırılıb. Və heç kim, heç bir usta bu boğçanı təmir edə bilməz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm