Ermənilər Melkonyanı öldürəni göstərəcəklər - VİDEO
Bizi izləyin

Digər

Ermənilər Melkonyanı öldürəni göstərəcəklər - VİDEO

Rusiyanın Soçi şəhərində “Xalq yaddaşı” adlı ermənipərəst təşkilat patriotik filmlərin nümayişini həyata keçirir.

Publika.az erməni mətbuatına istinadən xəbər verir ki, bu gün axşam saat 20.00-da Tuapse rayonunun Nebuq qəsəbəsində yerləşən otelin konfrans zalında “Kimdir Monte” adlı bədii filmin nümayişi olacaq. Bundan əvvəl isə həmin film iyunun 24-də Soçinin Lazarevski rayonunun Loo qəsəbəsində nümayiş etdirilib.

Erməni rejissor Edvard Badunçun çəkdiyi film erməni terrorçusu Monte Melkonyanın həyatı haqdadır.

Ümumiyyətlə, Melkonyan mövzusu son illərdə Ermənistandan çox Azərbaycanda daha çox qabardılır. Ermənı terrorçusunun məhv edilib, onun başının kəsilməsi haqda mübahisəli məlumatlar var. Dəqiq məlum olan budur ki, Monteni məhv edən azərbaycanlı döyüşçü olub. Ancaq bir qrup iddia edir ki, məşhur ermənin terrorçusunu İbad Hüseynov məhv edib, bir qrup döyüşçü isə bunu inkar edərək əməliyyatı özlərinin keçirdiyini deyirlər.

Hər bir halda, indi ermənilər çəkdikləri filmdə, yəqin ki, yalandan da olsa, hadisənin özlərinə aid variantın göstərəcəklər.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm