Digər
Dövlət Komitəsindən “AzerRos”a cavab
“Biz hər zaman Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərmiş adamlara qarşı olmuşuq, bundan sonra da belə olacaq”.
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi Rusiya
Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyətinin
(“AzerRos”) ittihamlarına cavab verib.
Azvizion.az-ın məlumatına görə, komitənin mətbuat xidmətindən
verilən açıqlamada bildirilir ki, Dövlət Komitəsinin fəaliyyəti,
atdığı addımlar heç vaxt hansısa diaspor təşkilatına qarşı
yönəlməyib: “Biz sadəcə bəzi təşkilatlarda təmsil olunan və həmin
təşkilatların təmsilçisi olaraq Azərbaycan dövlətinə, milli
maraqlarımız əleyhinə fəaliyyətlə məşğul olan şəxslərə qarşı
olmuşuq. Bu bizim prinsipial mövqeyimizdir".
Bildirilir ki, Dövlət Komitəsi fəaliyyətə başladığı andan yalnız
bir prinsipi əsas götürüb: “Harada yaşamasından asılı olmayaraq,
hər bir azərbaycanlı xalqımıza, dövlətimizə, dövlətçiliyimizə xələl
gətirə biləcək fəaliyyətlə məşğul olacaqsa, biz belə hallara qarşı
laqeyd qalmayacağıq. Ona görə də bəzi şəxslərin bizi
ayrı-seçkilikdə, onların fəaliyyətinə laqeyd olmaqda ittiham etməyə
cəhd göstərməsi tamamilə əsassızdır. O adamlar dönüb bir neçə ay
öncəki açıqlamalarına, Azərbaycan dövləti haqqında söylədikləri
fikirlərə, Azərbaycanın perspektivləri ilə bağlı verdikləri
"proqnozlara" bir də baxsınlar. O zaman kimin haqlı olduğu bir daha
görünər".
Bildirilir ki, fəaliyyət göstərdiyi müddət ərzində Komitə
azərbaycanlılar arasında birliyin təmin olunması, soydaşlarımızın
cəmiyyətə inteqrasiyası, milli-mədəni irsimizin təbliği sahəsində
diaspor təşkilatlarının həyata keçirdiyi müxtəlif tədbirlərə,
layihələrə hər zaman dəstək verib: “Bizim yolumuzu ümummilli lider
Heydər Əliyev müəyyənləşdirib. Bu, Azərbaycançılıq yoludur.
Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu yolun ideya
mahiyyətində həm də millətinə, dövlətinə sədaqət amili dayanır. Ona
görə də vaxtilə bu dövlətə qarşı açıq şəkildə, heç bir çərçivəyə
sığmayan fikirlər söyləmiş şəxslər yaddaşlarını təzələsələr, bizim
onlara münasibətimizin motivini anlayarlar. Biz hər zaman
Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərmiş adamlara qarşı
olmuşuq və bundan sonra da belə olacaq".
Qeyd edək ki, Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni
Muxtariyyətinin sədri Asif Məhərrəmov Azərbaycanın bəzi
məmurlarının ünvanına ittihamlar səsləndirib.
A. Məhərrəmov deyib ki, Azərbaycanda bir sıra məmurlar “AzerRos”un
aktiv fəaliyyəti ilə barışa bilmirlər. “Mən bu münasibəti
anlamıram. Halbuki, bu məmurların əsas vəzifəsi azərbaycanlı
icmalarının birləşdirilməsi olmalıdır”, - deyə o vurğulayıb.
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO