Evdən küllü miqdarda narkotik vasitə çıxdı
Bizi izləyin

Digər

Evdən küllü miqdarda narkotik vasitə çıxdı

Göyçayda narkotik plantasiyası aşkar edilib.

ANS TV-nin məlumatına görə, 54 yaşlı Göyçay rayon sakini Nəbiyev İsmayil Nəsrəddin oğlu narkotik vasitələri əkib-becərdiyi üçün saxlanılıb.

Rayon Polis Şöbəsinə İsmayil Nəbiyevin yaşadığı Ziya Bünyadov küçəsindəki evində külli miqdarda narkotik vasitənin olması barədə məlumat daxil olub. Bundan sonra həmin ünvana baxış keçirən polislər İsmayılın həyətyanı sahəsində xüsusi üsulla əkilən 290 ədəd çətənə kolu aşkarlayıblar. Bu azmış kimi onun evindən də 6 kiloqrama yaxın qurudulmuş marixuana da müsadirə olunub.

Dindirilmə zamanı məqsədinin satmaq olduğunu dəyən saxlanılan şəxs nəsihət də verməyi unutmayıb. O, gəncləri bu işdən uzaq olmağa çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm