Çempionatda ən faydalı futbolçular
Bizi izləyin

Digər

Çempionatda ən faydalı futbolçular

Brazilyada keçiriilən futbol üzrə DÇ-2014-ün 1/8 final matçlarının nəticəsinə görə FİFA ən faydalı futbolçuların reytinq cədvəlini dərc edib.

ANS PRESS-in məlumatına görə, bu haqda FİFA-nın rəsmi saytı xəbər verib.

Dörddə bir final matçları öncəsi ən faydalı futbolçu Braziliya yığmasının müdafiəçisi David Luis seçilib. Onun faydalı iş reytinqi 9.79 bal təşkil edir. Ən yaxşıların üçlüyünə Kolumbiyanın yarımmüdafiəçisi Xames Rodriqes və fransız hücumçu Kərim Benzema daxil olub.

DÇ-2014 1/8 finalın ən faydalı futbolçularının top 10-u:

1. David Luis (Braziliya) — 9,79
2. Xames Rodriqes (Kolumbiya) — 9,74
3. Kərim Benzema (Fransa) — 9,7
4. Aren Robben (Niderland) — 9,66
5. Yan Vertonqen (Belçika) — 9,62
6. Neymar (Braziliya) — 9,59
7. Tyaqo Silva (Braziliya) — 9,56
8. İvan Perişiç (Xorvatiya) — 9,53
9. Yoxan Curu (İsveçrə) — 9,5
10. Tomas Müller (Almaniya) — 9,48.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm