Digər
Çox oturmağın zərəri
İngiltərədə gerçəkləşdirilən bir tədqiqat çox oturmanın şəkər və ürək xəstəlikləri riskini artırdığını müəyyən edib. "Leicester" və "Loughborough" universitetlərinin jurnalında dərc olunan araşdırmaya görə, uzun müddət hərəkətsiz qalan insanlar, iş çıxışı idman salonuna ya da hovuza gedərək məşq etsələr belə, hərəkətsiz qaldıqları müddətin mənfi təsirini tam olaraq ortadan qaldıra bilmirlər.
Yəni, gün ərzində 30 dəqiqə məşq edən bir adam, sağlam bir həyatı olduğuna özünü inandırır. Lakin bu heç də həmin problemləri həll etmir. Deməli idman saatları bir qədər çox olmalıdır ki, hərəkətsiz və fəaliyyətsiz keçən müddətin mənfi təsirləri aradan qalxsın.
Uzun müddət oturanların oturmayanlara görə, şəkər və ürək narahatlığı keçirmə riskinin daha çox olduğunu bildirən elm adamları, televiziya izləmək və ya kompüter istifadə etmək kimi insanı hərəkətsizliyə itələyən vərdişlərin müasir cəmiyyətlərdə olduqca məşhur hala gəlməyə başladığını bildirib.
Tədqiqatçılar bu cür problemlərin həlli üçün bəzi iş yığıncaqlarının ayaqda təşkil edilməsi, günorta yeməyi üçün ayrılan müddətdə gəzinti edilməsi ya da axşamları televiziya izləmə müddətinin azaldılması kimi təkliflər veriblər.
-
Region18:38
Ərdoğan: Türkiyə Qarabağ imtahanından alnıaçıq çıxıb
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq