3 nəfər boğulmaqdan xilas edildi
Bizi izləyin

Digər

3 nəfər boğulmaqdan xilas edildi

Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 3 şəxs xilas edilib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində dənizdə (“Corat” sularda xilasetmə məntəqəsindən, təxminən, 600 metr məsafədə) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər nazirliyin “Corat” sularda xilasetmə məntəqəsinin xilasedicisi tərəfindən xilas olunub.

Bundan başqa, Xəzər rayonunda dənizdə (“Zuğulba-1” sularda xilasetmə məntəqəsindən, təxminən, 300 metr məsafədə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər FHN-in “Zuğulba-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm