İŞİD-dən türkmanlara qarşı qətliam - Fotolar
Bizi izləyin

Digər

İŞİD-dən türkmanlara qarşı qətliam - Fotolar

"İraq Şam İslam Dövləti" qruplaşmasının Suriyada yaşayan türkmanlara qarşı törətdiyi vəhşiliklərin yeni görüntüləri yayılıb.

Publika.az-ın məlumatına görə, İŞİD Suriyada 100 türkman kəndini ələ keçirib. Ələ keçirdiyi kəndlərin birində təslim olan 9 adamdan dördü vəhşicəsinə öldürülüb. Sağ təslim olan bu şəxslərin başları kəsilərək kənd meydanında gəzdirilib.

İŞİD-in türkmənlərə qarşı törətdiyi vəhşilik təkcə bununla bitmir. Ozlərinə qarşı döyüşənləri əsir almaq üçün "biz də müsəlmanıq" deyən İŞİD üzvləri məqsədinə çatdıqdan sonra daha sonra başlarını kəsərək, onları kafir adlandıraraq, kəndbəkənd gəzdirib. Bahvarta kəndinin alınması prosesində İŞİD-çilər bu addımı atıb. 10 nəfərlik dəstə üzvünü təslim olmağa inandıran terrorçular onlardan 9-nu vəhşicəsinə öldürüb.







Oxumağa davam et
Reklam
Reklam

Gündəm