Ermənistanı qaçqınlar da bəyənmir
Bizi izləyin

Digər

Ermənistanı qaçqınlar da bəyənmir

Suriyadan Ermənistana gələn qaçqınlarının yarısı bu ölkəni tərk edir. Bu barədə ölkənin baş naziri “Ari tun” (evə qayıt) proqramının ikinci mərhələsinin sonunda çıxışı zamanı qeyd edib.

Publika.az-ın məlumatına görə, baş nazir ölkədə miqrasiyanın tərsinə baş verdiyini bildirib. Ovik Abramyan qeyd edib ki, digər bir vəziyyət isə Suriyadan gələn erməni əsilli qaçqınlarla baş verib. Belə ki, onlardan çoxu vətənlərində qala bilmir.

Onun sözlərinə görə, keçən il Ermənistana 4,5 min erməni əsilli Suriya vətəndaşı gəlib. Artıq onlardan 2,3 mini (51 faizdən çoxu) ölkəni ya həmişəlik ya da naməlum müddətə tərk edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm