Ən böyük uçan quş tapıldı - Foto
Bizi izləyin

Digər

Ən böyük uçan quş tapıldı - Foto

"Pelaqornis sandersi'' adı verilən yeni tapılmış quş növünün incə uzun qanadlarının Albatros kimi su üzərində, havada uzun müddət qalmasına köməkçi olduğu bildirilib.

Axar.az xəbər verir ki, ABŞ-da elm adamları nəsli kəsilmiş böyük bir quşun daşlaşmış qalıqlarını tapıb.

Milli Elmlər Akademiyası Protokolları jurnalında verilən açıqlamada 31 il əvvəl Cənubi Karolinada tapılan təxminən 25 milyon il yaşı olan sümüklərə baxış keçirilib. Qanad hissəsinin uzunluğu 6,4 metr olan sümüklərin dünyanın ən böyük uçan canlısına aid olduğu iddia edilib.

Bu quşun 6 milyon il əvvəl yaşayan və dünyanın ən böyük uçan canlısı kimi tanınan, 6.1 metr qanad uzunluğuna sahib ''Arqentavis maqnificens'' adlı quşun tituluna sahibləndiyi vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm