Mehriban Əliyeva Kannda çıxış etdi
Bizi izləyin

Digər

Mehriban Əliyeva Kannda çıxış etdi

Fransanın Kann şəhərində “Azərbaycan mədəniyyəti günləri” keçirilir. İyulun 9-da “Bakı-Avropa Oyunları-2015”in təntənəli təqdimatı olub. Publika.az-ın məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Kann şəhəri yenidən Azərbaycan mədəniyyət təntənələrinə ev sahibliyi edir. Fransanın bu qədim, həm də mədəniyyət tədbirləri ilə zəngin şəhəri artıq bir neçə gün əvvəl Azərbaycanla bağlı baner və posterlərlə bəzədilib. Bununla da şəhər əhalisi və burda istirahət edən minlərlə turist Azərbaycanla bağlı tədbirlər haqqında məlumatlandırılıb. Azərbaycan günləri çərçivəsində tamaşaçılar ölkəmizi müxtəlif aspektlərdə - tarixi, musiqisi, ədəbiyyatı, klassik və modern incəsənəti ilə birlikdə görmək imkanı əldə edəcək.

“Bakı - Avropa Oyunları – 2015”in təntənəli təqdimat mərasimi başlayıb. Tədbirin aparıcısı Azərbaycan, ölkəmizin tarixi və mədəniyyəti haqqında mərasim iştirakçılarına məlumat verib. Bildirilib ki, zəngin mədəni dəyərlərə malik olan Azərbaycan təxminən bir ildən sonra ilk Avropa oyunlarına ev sahibliyi edəcəkdir. Tədbirdə çıxış edən Kann şəhərinin meri Devid Lisnard Qafqazın mirvarisi olan Azərbaycan ilə Aralıq dənizinin mirvarisi olan Kann şəhəri arasında dostluq əlaqələrinin getdikcə inkişaf etdiyini bildirib. Mer deyib ki, artıq ikinci dəfədir ki, Kannda Azərbaycan mədəniyyət günləri təşkil olunur.

“Azərbaycan zəngin mədəni dəyərlərə malikdir” deyən Kann şəhərinin meri əminliklə bildirib kİ, gələn il ilk Avropa oyunları Bakıda yüksək səviyyədə təşkil olunacaq.

Azərbaycanın birinci xanımı, birinci Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm