Digər
Mehriban Əliyeva Kannda mükafat verdi (FOTO)
Bu gün Fransanın Kann şəhərində
Azərbaycan mədəniyyəti günləri çərçivəsində "Bakı-2015" ilk Avropa
Oyunlarına həsr olunan yürüş keçirilib.
ANS PRESS-in məlumatına görə, Kann şəhərinin
məşhur Kruazet bulvarında təşkil olunan yürüşə hazırlıq səhər
saatlarında iştirakçıların siyahıya alınması və onlara üzərində
"Bakı-2015 - ilk Avropa Oyunları" sözləri yazılmış idman
formalarının paylanması ilə başlayıb. Onlarla şəhər sakininin,
turistlərin qatıldığı yürüşdə iştirak etmək üçün təxminən 100-dən
çox şəxs qeydiyyatdan keçib.
Mərasimdə çıxış edən Azərbaycanın gənclər və idman
naziri Azad Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək Avropa
Oyunlarının ölkəmizdən kənarda baş tutan ilk təqdimatının uğurlu
olduğunu diqqətə çatdırıb.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın da iştirak etdiyi və Kruazet bulvarı boyunca davam
edən yürüşə start verilib.
Azərbaycan 2015-ci ildə daha bir mötəbər idman
yarışına ev sahibliyi edəcək. İlk Avropa Oyunları Bakıda
keçiriləcək. Avropa Olimpiya Komitəsinin bununla bağlı qərarı
beynəlxalq idman ictimaiyyətinin ölkəmizin Olimpiya hərəkatında
oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verilən
önəmin təzahürüdür. Digər tərəfdən, Bakının 2015-ci il Avropa
Oyunlarının keçirilməsi üçün böyük potensiala malik olmasını
beynəlxalq idman təşkilatları da artıq təsdiqləyib. Bunu
şərtləndirən əsas amillər isə ölkəmizin qədim tarixə, zəngin
mədəniyyətə, əlverişli coğrafi mövqeyə, güclü idman
infrastrukturuna, ən başlıcası beynəlxalq yarışları keçirmək
təcrübəsinə malik olmasıdır.
Finiş xəttinə birinci olaraq Kannın gənc sakini
Maksons Vadelin çatıb. Yürüşü ikinci başa vuran isə Fransada təhsil
alan həmyerlimiz F.Abuzərli olub.
Daha sonra qaliblərin mükafatlandırma mərasimi
keçirilib.
Yürüşün qaliblərinə fəxri fərman və gələn il
keçiriləcək ilk Avropa Oyunlarına baxmaq üçün Bakıya səfər
biletləri təqdim olunub. Birinci yeri tutan Maksons Vadelinə
mükafatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva təqdim edib.
Maksons Vadelin deyib: "Çox sevinirəm. Güclü qaçış
həvəskarları arasında birinci olmaq həqiqətən də sevindiricidir.
İndi bu sevincə gələn il keçiriləcək Avropa Oyunları zamanı sizin
ölkənizə gəlmək də əlavə olundu. İnanıram ki, haqqında çox
eşitdiyim paytaxtınız Bakı mənim xatirimdə silinməz iz
buraxacaq".
Sonda Heydər Əliyev Fondunun hədiyyəsi olan
elektromobilin sahibinin lotereya əsasında yürüş iştirakçıları
arasından müəyyən olunması ilə bağlı oyun keçirilib. Kann sakini
xanım Martin Mağmadanın bəxti üzünə gülmüş və o, maşına sahib
olub.
Bu mərasim bir daha təsdiqləyib ki, beynəlxalq və
iqtisadi əhəmiyyəti ilə seçilən Avropa Oyunları ölkəmizin yürütdüyü
idman siyasətinə dünyada verilən önəmin təzahürüdür. Digər tərəfdən
bu, dünya idman aləminə əsas mərkəzlərdən biri kimi daxil olan
ölkəmizdə idmana münasibətin hər zaman yüksək səviyyədə olmasına
sübutdur.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü