Bakıdan keçən 3 ton heroin
Bizi izləyin

Digər

Bakıdan keçən 3 ton heroin

Gürcüstan daxili işlər nazirliyi Azərbaycandan gələrək, Türkiyəyə doğru istiqamət götürmüş yük maşınında 2,79 ton maye heroin aşkarlayıb.

ANS PRESS-in məlumatına görə, əməliyyat zamanı iki Gürcüstan vətəndaşı həbs edilib.

Bu, Gürcüstan ərazisində tutulmuş ən iri narkotika partiyasıdır.

Yük maşınından 93 ədəd 30 kiloqramlıq heroin çəlləyi düşürülüb.

Əldə edilən məhsulun 80%-i təmiz heroindir.

Malın bazar qiyməti yüz milyon dollarlarla ölçülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm