Aeroportda təyyarə yedəkçiylə toqquşdu (FOTO)
Bizi izləyin

Digər

Aeroportda təyyarə yedəkçiylə toqquşdu (FOTO)

Bu gün axşam radələrində Moskvada "Domodedovo" beynəlxalq aeroportunda "Ural hava yolları" aviaşirkətinin Airbus A320 sərnişin təyyarəsi yedəkçiylə toqquşub.

ANS PRESS-in məlumatına görə, bu haqda aeroportun fövqəladə vəziyyətlərin operativ qərargah nümayəndəsi bildirib.

"Təyyarə Moskva-Yekaterinburq reysilə hərəkət edirdi. Təyyarəyə yüngül zədələr dəyib. İlkin məlumatlara görə, təlafat və zərər çəkən yoxdur. Sərnişinləri təyinat nöqtəsinə başqa təyyarəylə göndərmək planlaşdırılır", - deyə RİA xəbər agentliyi bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm