Kürdlər Kərkükdə neft yataqlarını ələ keçirib
Bizi izləyin

Digər

Kürdlər Kərkükdə neft yataqlarını ələ keçirib

İraqın şimalını idarə edən kürdlərin hərbi dəstəsi, peşmərgələr Kərkük əyalətində iki neft yatağını ələ keçirib.

Publika.az-ın “BBC”-yə istinadən məlumatına görə, İraqın Neft Nazirliyi kürd yaraqlılarının bu hərəkətini mühakimə edib. Qurum peşmərgələrin Kərkük və Mosuldan çıxmasını və nəzarətin İraq ordusuna verilməsini istəyib.

Nazirlik həmin ərazilərdəki yataqlarda işləyən ərəblərin də işdən qovulduğunu bildirib.

İraqın şimalını idarə edən hökumətin sözçüsü Səfin Dizayi nazirliyin açıqlamasını “çox gülməli” adlandırıb: “Həqiqətən də biz çox ağıllıyıq. İraqı bugünkü ağır şərtlərlə üz-üzə qoyan biz deyilik”.

Xatırladaq ki, İraq Ana Yasasının 112 –ci maddəsinə əsasən, ölkənin şimalındakı kürdlərə neft satışından əldə edilən gəlirin 17 faizi düşür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm