Digər
Viktor Yanukoviç Avropa Birliyini məhkəməyə verdi
azırda Rusiyada mühacir həyatı yaşayan Ukraynanın eks-prezidenti Viktor Yanukoviç Avropa Birliyini məhkəməyə verib.
Axar.az Rusiya mətbuatına istinadən xəbət verir ki, Yanukoviç özünün və övladlarının mülkiyyətinə qoyulan qadağanın ləğv olunmasını tələb edir.
Analoji iddia ilə Ukraynanın keçmiş Baş naziri Nikolay Azarov da çıxış edib.
Qeyd edək ki, bu ilin martında Avropa Birliyi 18 Ukrayna vətəndaşının, o cümlədən Yanukoviçin və oğullarının adını sanksiyalar siyahısına salıb.
Bundan öncə, İsveçrənin federal prokurorluğu Yanukoviçin və yaxın çevrəsinin 170 milyon isveçrə frankı, yaxud 193 milyon dolları məbləğində bank vəsaitinin dondurulduğunu açıqlayıb.
Ümumiyyətlə,Ukrayna Baş Prokuroru səlahiyyətlərini icra edən Oleq Maxnitski eks-prezidentin hakimiyyəti dövründə ölkədən 100 milyard dollar vəsait oğurladığını iddia etmişdi.
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL