Bakı təcridxanasında nikah mərasimi
Bizi izləyin

Digər

Bakı təcridxanasında nikah mərasimi

Bakıda istintaq təcridxanasında nikah mərasimi baş tutub.

ANS PRESS Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, 3 saylı Istintaq təcridaxanasında saxlanılan məhkum İsmayılov Vüqar Qədir oğlunun və yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb.

Bu gün təcridxananın inzibati binasında 4 saylı Bakı "AsanXidmət" mərkəzinin qeydiyyat şöbəsinin müdiri Rəşidə Məmmədova tərəfindən İsmayılov Vüqar Qədir oğlunun vətəndaş İbrahimova Firəngiz Arazi qızı ilə nikahı qeydə alınıb.

















Oxumağa davam et
Reklam
Reklam

Gündəm