Digər
110 kq yararsız məhsul satışdan çıxarıldı
Azərbaycanın müxtəlif bölgələrində
mağazalarda istehlaka yararsız məhsullar aşkar
olunub.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat
xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazirlik yanında
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bakı, Sumqayıt, Gəncə, Ağdaş, Xaçmaz, Cəlilabad, Şəki və Zaqatalada
mağazalarda 110 kq-dan artıq saxlama müddəti ötmüş və ya normativ
sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub,
satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun
olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş,
keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və
498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və
İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə
məlumat vermələri xahiş olunur.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...