İnanılmaz! Kişinin başından 133 iynə çıxarıldı (FOTO)
Bizi izləyin

Digər

İnanılmaz! Kişinin başından 133 iynə çıxarıldı (FOTO)

Sivasda inanılmaz hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, Sivasın Yunus Əmrə məhəlləsində yaşayan iki uşaq atası Mahmud Qılıç Yıldızeli rayonundakı kəndə bostan sulamağa gedib.

Təqaüdçü olan Mahmud kişinin bostana getmək üçün mindiyi ulağa qəflətən arılar hücum çəkib. Ulağı arıların əlindən qurtarmaq istəyərkən özü arıların hədəfinə çevrilib.

Arılar onun başından sancmağa başlayıblar. Mahmud kişi zorla arıların əlindən canını qurtara bilib və evə qayıdıb. Qohumları kişinin vəziyyətinin yaxşı olmadığını görüb onu rayon xəstəxanasına çatdırıblar. Həkimlər onun başından 30, qulaq, göz və saqqal bölgəsindən isə 103, ümumilikdə ondan 133 arı iynəsi çıxarıblar.

Həkimə vaxtında çatdırılan kişinin vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, bəzi elm adamları tərəfindən arı sancmasının faydalı olduğu deyilsə də, bəzən arı sancmaları ölümlə də nəticələnə bilir.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm