Dünyanın ən böyük kilimi
Bizi izləyin

Digər

Dünyanın ən böyük kilimi

Dünyanın ən uzun kilimi Türkiyədə toxunub. ANS PRESS-in məlumatına görə, Hatay vilayətində yaşayan Abdullah Akar toxuduğu ən böyük kilimlə rekordlar kitabına düşməyə hazırlaşır.

Belə ki, Abdullah Akar unudulmuş peşələrdən olan toxuculuq sənətini davam etdirir. Onun dəda-babasından miras qalan kilim toxuma qabiliyyəti Türkiyə ilə yanaşı bir çox ölkələrdə də məşhurdur. İndi Abdullah Akarın bir arzusu var. Onun arzusu adını dünyada birincilər sırasına yazdırmaqdır. Bu səbəbdən Abdullah Akar uzun müddətdir çalışır.

Abdullah Akar artıq bu arzusuna yaxınlaşıb. Çünki o, 75 gün içində uzunluğu 75 metr, eni 80 metr olan kilim toxuyub. Abdullah Akarın sözlərinə görə, bu kilimə 900 km. ip işlədib.

“Gündə 16 saat çalışdım. Kilimin üzərindəki görüntülər şəxsi fantaziyamdır. Onların hərəsinin bir mənası var. Kilimə 16 milyona yaxın ilmə vurmuşam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm