Qəzaya düşən "Toyota"nın videosu yayıldı
Bizi izləyin

Digər

Qəzaya düşən "Toyota"nın videosu yayıldı

Bakı-Quba-Rusiya yolunun 128-ci kilometrliyində "Toyota Prado" markalı avtomobilin traktorla toqquşmasından sonra maşınların qəzalı vəziyyətdə olması haqda video yayılıb.

ANS PRESS-in məlumatına görə, videonu saytın qaynar xəttinə Xudat şəhərindən bir oxucu göndərib.

Videodan göründüyü kimi, qəza nəticəsində traktor aşıb, "Toyota Prado" maşınına isə ciddi ziyan dəyib, onun qabaq hissəsi yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, dünənki qəza Şabran rayonunun Sincanboyad kəndi ərazisində baş vermişdi. Traktorda olan sürücü ilə yanındakı şəxs yaralanmışdı.

Yaralılar dərhal Şabran xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisinin istintaq idarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm