Digər
Cinayətkarlara pis xəbər
Böyük Britaniyanın hüquq-mühafizə orqanları cinayətkarların
aşkarlanması və saxlanılması üçün üzün tanınması texnologiyasını
sınaqdan keçirir.
Bu barədə Lesterşir qraflığı polisinin saytındakı məlumatda
deyilir.
"Biz Böyük Britaniyanın bu sistemi sınaqdan keçirən ilk polis
idarəsi olmağımızla fəxr edirik. İlkin nəticələr ürəkaçandır və biz
səbirsizliklə altı ay ərzində nəticələrin necə yekunlaşacağını
gözləyirik", - idarənin baş inspektoru Kris Kokerill deyib.
Publika.az ICTnews-a istinadən bildirir ki, polislər tərəfindən
sınaqdan keçirilən NeoFace proqram təminatı müşahidə kameralarından
alınan rəqəmli təsvirləri və ya idarədə şübhəli şəxslərin çəkilmiş
şəkillərini Lesterşir şəhər polisinin məlumat bazasındakı
fotoşəkilləri ilə müqayisə edir. Sınaqlar artıq bir neçə aydır
davam edir və bu müddət ərzində iki yüzə yaxın şübhəli şəxsin
sistemdə yüksək dəqiqliklə identifikasiyası təmin olunub.
NeoFace üzün onlara cizgisini tutuşdurur və nəticələri bir neçə
saniyəyə təqdim edir.
Qeyd edək ki, hazırda hüquq-mühafizə orqanlarının istifadə
etdikləri kompüterləşdirilmiş sistem əllə mümkün maneəni axtarmağa
imkan verir ki, buna da adətən bir neçə saat lazım olur.
Qeyd olunur ki, NeoFace vasitəsilə əldə olunan nəticələrin
məhkəmədə sübut kimi istifadə olunmamasına baxmayaraq sistem
polislərin işinin effektivliyini xeyli artıracaq.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var