Bosniyada qətliam qurbanları anıldı
Bizi izləyin

Digər

Bosniyada qətliam qurbanları anıldı

Bosniyada Pricdor qətliamı qurbanlarının dəfn mərasimi olub.

ANS TV-nin məlumatına görə, ötən il Pricdor şəhəri yaxınlığında aşkarlanan kütləvi məzarlıqdan 283 nəfərin meyiti tapılmışdı. Ekspertiza qurbanların bosniyalı müsəlmanlar olduğunu müəyyən etmişdi. Mərasimə minlərlə insan qatılıb.

Qətliam 1992-95-ci illərdə baş vermiş Bosniya müharibəsi zamanı serblər tərəfindən törədilib. Həmin dövrdə serblər regional hökumət başçısı Milomir Stakiçin rəhbərliyi altında idilər. Stakiç daha sonra Haqqa Beynəlxalq İnsan Haqları Məhkəməsi tərəfindən soyqırımda ittiham olundu.

Pricdor qətliamı eyni dövrdə baş verən Srebrenitsadan sonra ikinci ən ağır qətliam hesab olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm