Ukrayna ordusu rusiyalı jurnalistləri tutub
Bizi izləyin

Digər

Ukrayna ordusu rusiyalı jurnalistləri tutub

Rusiya XİN 23 iyul tarixində gecə saatlarında itkin düşən “Russia Today” telekanalının jurnalisti, Böyük Britaniya vətəndaşı Qrem Fillips və “Anna-News” agentliyinin operatoru Vadim Aksenovun Ukrayna ordusunda əsir olmaları barədə xəbər yayıb. ANS PRESS-in məlumatına görə, nazirliyin rəsmi saytında yer alan müarciətdə ukrayna güc strukturlarının hərəkətini təxribatyönlü adlandırılıb.

Eləcə də XİN bildirib ki, “Bu rəsmi Ukraynanın həmin jurnalistlərin öz borclarını yerinə yetirərkən Ukraynada baş verənlər barədə daha düzgün xəbər vermələrinə reaksiyasını əks etdirir”.

“Biz “RT” və “Anna-News” müxvirlərinin təcili olaraq azad edilməsini tələb edirik”- deyə nazirliyin yaydığı məlumatda qeyd edilir.

Çərşənbə axşamı “Russia Today” kanalının müxbiri Qrem Fillips və “Anna-News” agentliyinin operatoru könüllü olaraq qızğın döyüşlərin getdiyi Donetsk aeraportuna ezam olunmağı tələb ediblər. Kanal rəhbərliyi onları bundan çəkindirməyə çalışsalar da uğursuz alınıb. Sonuncu dəfə çərşənbə axşamı gecə saat 3-də Fillips "All is fine" (hər şey yaxşıdır -ing.)SMS-I göndərərək əlaqəyə çıxıb. Lakin daha sonra onunla əlaqə kəsilib.

Ukrayna müdafiəsi üzrə milli təhlükəsizlik birliyinin informasiya sözcüsü Andrey Lısenko çərşənbə axşamı ölkəsinin Fillipsin harada olduğu barədə məlumata sahib olmadığını bildirib.

Bu arada qondarma Donetsk Xalq respublikasının müdafiə naziri də jurnalistlərə həmin bölgədə işləməyi qadağan edən əmr verib. Buna baxmayaraq DXR-in təhlükəsizlik birliyinin üzvü Sergey Kavtaradze bildirib ki, media nümayəndələrin Ukrayna tərəfi ələ keçirə bilər. Belə ki, onlar Ukrayna ordusuna daha yaxın bölgədə çəkilişlər aparırdı.

Qeyd edək ki, bundan əvvəl də 20 may tarixində Fillips Ukrayna tərəfindən “antiterror əməliyyatları keçirilən bölgədə hərəkət edən hərbi obyektlərin razılaşdırılmamış çəkilişi” adı ilə saxlanılıb. 22 may tarixində Kiyevə göndərilən Fillips dindirildikdən sonra azadlığa buraxılaraq çəkiliş fəaliyyətinə icazə almışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm