İhsanoğlunun maşınına hücum
Bizi izləyin

Digər

İhsanoğlunun maşınına hücum

Türkiyədə prezidentliyə namizəd Ekmələddin İhsanoğlunun avtomobilinə hücum edilib.

ANS PRESS-in məlumatına görə, Türkiyədə avqustun 10-da keçiriləcək prezident seçkilərində müxalif partiyaların vahid namizədi olaraq göstərilən professor Ekmələddin İhsanoğlunun Kahramanmaraşda avtomobilinin ön şüşəsi sındırılıb.

Hadisəni törədənlər isə İsrailin Fələstinə qarşı hücumlarına etiraz edən qrup üzvləri olub. Etiraz aksiyasına görə tıxacda gözləyən İhsanoğlunun təbliğat-təşviqat avtomobili fəalların hücumuna məruz qalıb. Onlar avtomobilin ön şüşəsi ilə yanaşı, "kapot"unu da vuraraq əziblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm