Kerridən “Coca-Cola” mesajı (FOTO)
Bizi izləyin

Digər

Kerridən “Coca-Cola” mesajı (FOTO)

ABŞ dövlət katibi Con Kerrinin sosial şəbəkədə yayılan şəkillərindən biri müzakirə mövzusuna çevrilib.

ANS PRESS-in məlumatına görə, İsrail-Fələstin qarşıdurmasının dayandırılması məqsədilə fələstinlilərin tərəfini tutan xeyli insan “Coca Cola” şirkətinin gəlirlərinin İsrail ordusuna göndərildiyini əsas göstərərək, həmin içkidən imtina etməkdədirlər.

Bu ərəfələrdə bir çox İsrail malları boykot edilsə də, bunlardan ən əsası məhz koladan imtina oldu.

Bütün bu proseslərin baş verdiyi vaxtda isə ABŞ dövlət katibi Con Kerrinin İsrail baş naziri Binyamin Netanyahu ilə telefon danışığı zamanı çəkilən şəkli məsələni bir az da alovlandırıb. Belə ki, şəkildə Con Kerrinin telefon danışığı edərkən masasının üzərində kola olduğu aydın görünür.

Qeyd edək ki, bu fotoşəklin etirazlara qarşı bir mesaj olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm