Digər
Ukrayna azərbaycanlıları prezidentə müraciət etdi
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi ölkədə
yaşayan azərbaycanlılar adından Ukrayna Prezident
Administrasiyasına, baş prokurora və daxili işlər nazirinə müraciət
edib.
Konqresdən verilən məlumata görə, müraciətdə 26 iyul 2014-cü ildə
keçmiş deputat, Poltava vilayətinin Kremençuq şəhərinin meri, iş
adamı, milliyyətcə azərbaycanlı olan Oleq Babayevin qətlə
yetirilməsindən və bunun son 3 ayda Ukraynada ikinci tanınmış
azərbaycanlıya qarşı sui–qəsd olmasından ciddi narahatlıq ifadə
olunub.
Müraciətdə bu ilin mayın 14-də BUAK sədri, Ukrayna Millətlər
Assambleyasının prezidenti, iş adamı Rövşən Tağıyevə eyni şəkildə
sui-qəsdin törədilməsi, onun təsadüf nəticəsində sağ qalması
xatırladılıb və qeyd olunub ki, bu hadisələr bəzi qüvvələr
tərəfindən son vaxtlar ölkədə tanınmış, fəal azərbaycanlılara qarşı
təqiblərin sayının artdığını göstərir:
“Oleq Babayevin öldürülməsi ilk hal deyil. Nəzərə alsaq ki,
təxminən iki ay əvvəl Rövşən Tağıyevə də silahlı basqın olub, bu o
deməkdir ki, biz azərbaycanlılar növbəti belə bir sui-qəsdin
azərbaycanlıya qarşı törədilməyəcəyinə əmin deyilik. Ukrayna
dövlətinin inkişafında daim fəal olan azərbaycanlılar bu məsələnin
ciddi nəzarətə götürülməsini və baş verən cinayət hadisələrinin
tezliklə araşdırılıb, cinayətkarların cəzalarına çatmasını
istəyirik”
-
İdman22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ