Ekspert: “Ermənistanın Müdafiə Nazirliyi Azərbaycana yalvarır ki, ...”
Bizi izləyin

Digər

Ekspert: “Ermənistanın Müdafiə Nazirliyi Azərbaycana yalvarır ki, ...”

“Azərbaycan ordusunun döyüş potensialı çox yüksəkdir. Həm insan resursu baxımından, həm də silah-sursat baxımından Azərbaycan Silahlı Qüvvələri çox qısa bir zamanda qarşıya qoyulan vəzifəni operativ yerinə yetirmək iqtidarındadır”.

Bu fikirləri Aktual.az-a hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib. O, qeyd edib ki, Ermənistan tərəfi bu addımı atan zaman amansız cavab olacağını fikirləşməli idi:

“Ermənilərin bu hərəkəti dar düşüncəli olduqlarını bir daha sübut etdi. Fikirləşməli idilər ki, Azərbaycan tərəfinin amansız cavabı olacaq. Artıq bir neçə saatdır, onlara qarşı ən yüksək səviyyədə lazım olan addımlar atılır. Mən bütün əsgərlərimizə möhkəm iradə, əzm arzulayıram. Azərbaycan əsgəri vətənin keşiyində məğrur dayanıb. Ancaq müharibənin öz qanunları var. Bir qədər ehtiyatlı, təmkinli şəkildə hərəkət etmək lazımdır".

Ü.Cəfərovun sözlərinə görə, Ermənistanın Müdafiə Nazirliyi Azərbaycana yalvarır:

“Ermənistanın Müdafiə Nazirliyi yalvarır ki, Azərbaycan tərəfi döyüş əməliyyatlarını dayandırsın və əvvəlki vəziyyət bərpa olunsun. Başa düşməliydilər ki, Azərbaycan tərəfi bu qədər itkilər fonunda onları layiq olduqlarından artıq cəzalandıracaq”.

Hərbi ekspert jurnalistlərimizi də son dərəcə ehtiyatlı olmağa çağırıb:

“Ermənilər informasiya müharibəsində döyüş əməliyyatlarını bizə qarşı maksimum istifadə etməyə çalışacaqlar. Müdafiə Nazirliyi təcili olaraq media rəhbərləri ilə görüş keçirməlidir ki, informasiyalarda pərakəndəlik olmasın. Media işçiləri bu məsələdə diqqətli olmalıdır. Bilməyərəkdən yayılan kiçik bir informasiya, ehtiyatsızlıq fəsadlar törədə bilər. Biz çalışmalıyıq ki, informasiya müharibəsində də düşmənə uduzmayaq. Bu istiqamətdə Müdafiə Nazirliyinin üzərinə böyük məsuliyyət düşür. Nazirliyin mətbuat xidməti bir nəfərdən ibarət deyil. Nazirin göstərişi ilə bu sahədə yazan jurnalistlərlə görüş keçirilməli, müəyyən məsələlər müzakirə olunmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm