"Yerevandan Moskvaya qədər: Biz kim üçün ölməliyik?”
Bizi izləyin

Digər

"Yerevandan Moskvaya qədər: Biz kim üçün ölməliyik?”

“Bu görüş Moskvada olub, Rusiya paytaxtındakı kafelərindən birində. Qonşu masadakılara diqqət verməzdim, əgər masaya oturanlardan biri də həmyerlimiz olmasaydı”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözlər erməni eksperti Qraçya Qalustyan “Yerevandan Moskvaya qədər: Biz kim üçün ölməliyik?” başlıqlı yazısında yer alıb.

Erməni eksperti Moskvada işləyən bir erməni miqrantın Ermənistandakı vəziyyətdən danışdıqlarını yazıya köçürüb: “O, elə danışırdı ki, küçədə belə eşitmək mümkün idi. Və onun danışdıqları hamımıza tanış fikirlər idi. Həmyerlimiz rusiyalılara danışırdı ki, ölkəsində başqaları kimi onu alçaldırlar. Rusiyalılar ona heyrətlə baxırdı. Onlardan biri heyrətlə dedi: “Biz düşünmürdük ki, sizdə hər şey bu qədər pisdir”.

“Siz təsəvvür edirsiniz: Putin Rusiyası insanların dəhşətli dərəcədə zombiləşməsinə nail olub, fərqli düşüncə praktik olaraq tamamilə qadağandır, müstəqil KİV yoxdur, bütün ölkə korrupsiya bataqlığındadır. Amma hətta ruslar da heyrətlənirlər ki, Ermənistanda nə baş verir?! Mən bunun üçün kimə “təşəkkür” etməliyəm?” - Qraçya Qalustyan bildirir.

Onun sözlərinə görə, Moskvadakı erməni miqrantın danışdıqları artıq onun səbir kasasının son damlası idi: “Xalqı o dərəcəyə çatdırmaq lazım idi ki, onun nümayəndəsi qürbətdə Ermənistanın bədbəxtliyi haqqında açıq danışsın. Nəhayət ki, xalqı bu həddə çatdırdılar. Bu uşaqlar Ermənistanın əsl vətənpərvərləridir. Çünki onlar Rusiyada qazandığı pulları Ermənistana köçürməklə vətəndə qalanların sadəcə sağ salmasına kömək edirlər. Bu dövlətin funksiyasıdır. Amma nə etmək olar ki, ölkə bir ovuc satqınlar tərəfindən işğal olunub. Rusiyadakı uşaqlar Ermənistanda sağ qalanlara kömək edirlər. İnanın, bu, Vətənə sevginin ən yüksək təzahürüdür”.

Erməni eksperti dəhşətli vəziyyətin yalnız bundan ibarət olmadığını bildirir.

“Daha qorxulusu ilə odur ki, artıq sual səslənir: "Kim üçün vuruşmağa getməliyəm, varlılar və ölkəni qarət edənlər üçünmü? Tamamilə yaxın vaxtlarda, belə bir sualı heç bir erməni səsləndirməzdi. İndi həmin sual hər yerdə – Yerevandan Moskvaya qədər səslənir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm