Sevinc Ağaşirinova:“Birinci dəfə ərə gedəndə toyum olmuşdu, ikinci dəfə isə...”- MÜSAHİBƏ
Bizi izləyin

Digər

Sevinc Ağaşirinova:“Birinci dəfə ərə gedəndə toyum olmuşdu, ikinci dəfə isə...”- MÜSAHİBƏ

Onu qalmaqallı müğənnilər sırasına aid etmək olmaz. Amma haqqında yetərincə dedi-qodu, söz-söhbətlər olub. Ulduz olmasa da, yetərincə tanınır. Şühbəsiz ki, nə dərəcədə sevildiyini tamaşaçılar bilir.

Beləliklə, Publika.az müğənni Sevinc Ağaşirinovanın müsahibəsini təqdim edir.

- Sevinc, yaradıcılığında hansı yeniliklər var?

- Yeni mahnılar yazdırmışam. Yaxın zamanlarda Eldar Dalqatovun “Ol mənim Sevgilim” mahnısına klip çəkdirəcəyik. Bir müddət öncə isə “Sən də get” adlı mahnıya klip çəkdirdim. Fikrimcə, çox yaxşı klip alınıb. Hətta deyərdim ki, Azərbaycanda belə bir klip çəkilməyib.

- “Ol mənim sevgilim” mahnısını Dalqatov sənin üçün yazılıb?

- Yox, özü ifa edib. Sonra mənim də ifa etməyimi istədi. Ancaq mən fərqli aranjimanda təqdim edəcəyəm. Onunla Nabranda, Bakıda konsertlərimiz olmuşdu.

- Yeri gəlmişkən, həmin konsertləri kim təşkil etmişdi?

- Birini Ramiz Hüseynzadə, digərini isə Samir Xəttab.

- İndiyə kimi solo konsertin olub?

- Xeyr, olmayıb.

- Düşünürsən ki, solo konsert etsən, gələn olmaz?

- Gələn il solo konsertim olacaq.

- Amma, məncə, özünə əmin deyilsən.

- Söhbət ondan getmir. İstəyirəm yaxşı konsert olsun da. Yolaverdi konsert istəmirəm.

- Neçə ildir oxuyursan?

- Peşəkar səhnədə 5 ildir varam.

- Yaşına baxanda sənətə nisbətən gec gəlmisən...

- İlk dəfə səhnəyə aparıcılıqla gəlmişəm. Sonradan üzərimdə işlədim, toylara getdim və peşəkar səhnəyə çıxdım.

- Deyəsən, yoldasan. Hara gedirsən?

- (gülür) Şəmkirə toya gedirəm, indi Ağdaşdayam.

- Bəs uşağa kim baxır?

- Uşağı anama əmanət eləmişəm. Evdə olanda da özüm baxıram.

- Bir müddət öncə efirdə səninlə böyük bir anlaşılmazlıq yaşadıq. Hətta qalmaqal deyərdim buna. Bildiyimə görə, ondan sonra yaxınların da sənə qarşı çıxmışdılar. Nə baş vermişdi?

- Bu barədə danışmaq istəmirəm.

- Hər halda, aydınlıq gətirməyini istərdim.

- İstəmirəm. Səni günahlandırmaq istəmirəm axı.

- Hazırda həyatında olan şəxslə rəsmi nikahdasan, yoxsa vətəndaş nikahıdır?

- Şəxsi həyatımı gizli saxlamışam. İlk dəfə ailə həyatı quranda da gizli saxlamışdım. Bircə kəlmə demişəm ki, ailəliyəm.

- Birinci dəfə ailə quranda toyun olmuşdu?

- İlk dəfə toy olmuşdu. Amma ikinci dəfə ailələrin iştirakı ilə özəl bir məclis oldu.

- İndikini vətəndaş nikahı saymaq olar?

- Yox, rəsmi nikah sayılır. Sadəcə, təmtəraqlı toy eləmədim. Bir də görürsən kimsə bu il bir dəfə toy edir, ayrılır, gələn il yenə evlənir və səni çağırır(gülür). Mən belə istəmirəm.

- Kimdir o dediyin?

- Yəni belələri olur da.

- Yoldaşın sənət adamıdır, yoxsa?

- Yox, sənət adamı deyil.

- 5-6 ildir səhnədəsən. Amma hələ də “partlayış” edəcək işin olmayıb.

- Çünki həmişə övlad həsrətində olurdum, fikrim qarışırdı.

- Uşaqdan sonra da elə bir işin yoxdur.

-Niyə? Hələ 3 aydır başlamışam da.

- Çoxları hesab edir ki, o qədər də uğurlu sənətçi deyilsən.

-Onu zaman göstərəcək. İndidən mən nə deyim?

-Düşünürsən ki, peşəkar müğənnisən?

-Əlbəttə. Əgər məclislərdə təbdirlərdə canlı oxuya bilirəmsə, mənə etibar edirlərsə, deməli, peşəkar müğənniyəm. Efirlər məni çağırır.

-Efirə çağırılmaq sənət meyarı sayıla bilər?

-Baxır kimi efirə çağırırlar da. Mən də hər zaman işimi göstərən müğənniyəm. Çalışıram ki, daha da püxtələşim. Heç vaxt demərəm ki, mənim qabağıma heç kim çıxa bilməz.

-Son vaxtlar ciddi şəkildə idmanla məşğulsan deyəsən.

-İdman mənim həyatımn bir hissəsi olub artıq. 5-6 aydır daha çox meyl etmişəm və getdikcə də sevməyə başlamışam. İndi idmansız qala bilmirəm. Məncə qadın sənətçilər arasında əsl idmanla məşğul olan mənəm.

-Amma şou-biznesdə var idmanla məşğul olanlar. Məsələn, prodüser Təranə Səmədova.

-Ola bilər. Müğənnilərin vaxtı yoxdur deyə məşğul ola bilmirlər.

-Guya prodüserin vaxtı olur ki?

-Vaxtım olan kimi idmana qaçıram. İstəyirəm özümə fikir verim, artıq çəkim olmasın.

-Həm də yaş keçir...

-Bəli, o da var.

-1-2 il əvvəl mətbuatda açıq-saçıq fotosessiyaların yayımlanırdı. Bu, yenidən ola bilərmi?

-Bu haqda düşünmürəm. Açıq-saçıq fotolardan uzağam.

-Özün istəmirsən, yoxsa qadağa var?

-(gülür) Həm özüm istəmirəm, həm də qadağa var. Hələ ki, qadağaları aşmaq istəmirəm

-Ola bilər qadağanı keçəsən?

-Ola bilər. Ümumiyyətlə heç vaxt “bu işi görməyəcəm” demək istəmirəm. Elə bir layihə ola bilər ki, açıq-saçıq fotolarım da olsun.

-Niyə cəmiyyətdə şou-biznes haqda çox mənfi fikirlər var? İnsanlar düşünürlər ki, onların işi ancaq evlənib- boşanmaqdan, dava-dalaşdan ibarətdir. Razısan?

-Əslində bütün sahələrdə belə şeylər baş verir. Bizdə nə baş verirsə, bayıra sızır, gündəmə gəlir.

-Əksəriyyəti isə belə məsələləri PR üçün sızdırırlar.

-Razıyam, elələri də var.

-Sən özün qurulmuş qalmaqalda iştirak etmisən?

-Yox, olmayıb. İndiyə kimi qalmaqalda görmüsən məni?

-Yalnız mənimlə olan anlaşılmazlığımız yadımdadır.

-Sosial şəbəkələrdə də çox fəalsan.

-Bəli. Orda bəzən adama elə şeylər yazırlar ki, əsəbləşirəm.

-Məsələn?

-Salam yazırlar, cavab verməyəndə küsürlər. Mən də hamısına cavab verə bilmirəm axı. Nazlı pərəstişkarlarım var(gülür).

-Düşünürsən ki, sənin də bu ölkədə pərəstişkarların var?

-Nə bilim.

-Yaxın qohumları demirəm ha...

-Onların səmimiyyətinə tam inanmaq olmur. Adam öz istədiyinə inana bilmir, o ki qaldı yad insanlara.

-Səncə neçə nəfər pərəstişkarn var ölkədə?

-Onu bilmirəm. Bəlkə beş nəfərdi, bəlkə min nəfər. Bəlkə lap çoxdur, yaxud heç yoxdur. Durum deyim ki, hamı məndən ötrü ölür?

-Toy qiymətin neçədir?

-Lazım olanda bütün toyu idarə edirəm. Bəzən də yarım saat öz repertuarımla iştirakım olur.

-Neçəyə?

- Baxır adamına.

-İndi Şəmkirə yarım saatlıq gedirsən?

-Yox, bütöv toya. Qiyməti prodüserim danışıb. Görüm axırda mən nə qədər verəcək? (gülür) Bakıda yarım saatı 500-1000 arası gedirəm.

İntiqam Valehoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm